Azərbaycanda koronavirus infeksiyasına 74 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 829 min 494-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 22 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib. Ölənlərin ümumi sayı 10 min 175 nəfər təşkil edir.
Virusa yoluxmuş 819 min 115 nəfər (sutka ərzində +6) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 204 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 721 (ötən gün 682 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 555 min 412 test aparılıb.**
B.Rüstəmbəyov