Çərşənbə axşamı Milli Məclisin deputatı (parlament) Fazil Mustafa axşam saatlarında silahlı hücuma məruz qalaraq yaralanıb. Bu barədə Azərbaycan mətbuatı məlumat verir.
KİV-in məlumatına görə, Fazil Mustafa yaşadığı evin yaxınlığında iki güllə yarası alıb.
Hazırda hüquq-mühafizə orqanları tərəfindən əməliyyat-istintaq tədbirləri həyata keçirilir. O cümlədən, hücum edən şəxsin axtarışı davam edir.
Mərbuatın məlumatına görə, Fazil Mustafa ayağından və çiynindən güllə yarası alıb. “Onun həyati təhlükəsi yoxdur”, - KİV məlumat verir. **
R.Əhmədov