Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Avropa İttifaqının (Aİ) Ermənistandakı mülki missiyasının rəhbəri Markus Ritterin guya Azərbaycanın 2023-cü ilin yaz aylarında hücuma hazırlaşdığına dair bəyanatını qətiyyətlə qınayıb.
“Aİ missiyası rəhbərinin Ermənistan tərəfinin yalan və böhtan dolu iddialarını əsas tutaraq, guya Azərbaycanın hər hansı bir hücuma hazırlaşdığı barədə fikirlər səsləndirməsini, Aİ missiyasının əsas vəzifəsinin “Ermənistanı Azərbaycandan qorumaq” kimi təqdim etməsini qətiyyətlə qınayırıq. Bu missiyanın Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə xələl gətirmək məqsədilə sui-istifadə edilməsinə imkan verilməməsinin zəruriliyi tərəfimizdən (Azərbaycan tərəfindən - İF) dəfələrlə vurğulanıb”, - Hacızadənin şərhində deyilir.
Onun sözlərinə görə, “Aİ missiyası (Ermənistandakı - İF) yalan və böhtan dolu iddialara yer verməməli və mandatına uyğun fəaliyyət göstərməlidir”. **
R.Əhmədov