Azərbaycan Mərkəzi Bankı (AMB) martın 29-na manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Martın 29-na manatın avroya nisbətən rəsmi məzənnəsi 1.8428 manat/1EUR səviyyəsində (martın 28-nə 1.8378 manat/1EUR) müəyyən edilib.
AMB martın 29-na manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0.0221 manat/1RUB səviyyəsində saxlayıb.
Martın 29-na manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsi 0.0889 manat/1TRY səviyyəsində (martın 28-nə 0.0890 manat/1TRY) müəyyən edilib.*
B.Rüstəmbəyov