Azərbaycan 2023-cü ilin yanvar ayında 188 min 568,52 ton neft idxal edib ki, bu da 2022-ci ilin yanvar ayının göstəricisindən 6,1 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
Hesabat dövründə idxal edilmiş neftin dəyəri $109 milyon 709,55 min (artım 6,4 dəfə - İF) təşkil edib.
2023-cü ilin yanvar ayında Qazaxıstandan $9 milyon 503,49 min dəyərində 19 min 755 ton, Türkmənistandan $53 milyon 307,57 min dəyərində 85 min 250,61 ton, Rusiyadan $46 milyon 898,49 min dəyərində 83 min 562,92 ton neft idxal edilib.
İdxalın hansı məqsədlərlə həyata keçirildiyi açıqlanmır.
2022-ci ildə Azərbaycan $450 milyon 929,23 min dəyərində (artım 8,6 dəfə - İF) 673 min 368,2 ton neft (2021-ci ilin göstəricisi ilə müqayisədə artım 7,5 dəfə) idxal edib.*
N.Abbasova