Mərkəzi Bankın (AMB) İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 25 baza bəndi artırılaraq 8.75%-ə qaldırılıb.
AMB-nin məlumatında bildirilir ki, faiz dəhlizinin aşağı həddi 6,75%-dən 7%-ə, yuxarı həddi isə 9,5%-dən 9.75%-ə qaldırılıb.
Bu qərar 30 mart 2023-cü il tarixindən qüvvəyə minir.
AMB uçot dərəcəsini hər dəfə 25 baza bəndi olmaqla ardıcıl dördüncü dəfədir artırır. Uçot dərəcəsi sonuncu dəfə 2023-cü il fevralın 1-də 25 baza bəndi - 8,5%-dək artırılmışdı.
Pul siyasәti ilə bağlı növbəti qərar barədə məlumat ictimaiyyətə 2023-cü il may ayının 3-də açıqlanacaq.*
A.Əzizov