Azərbaycan 2023-cü ilin yanvar ayında 2 min 459,89 ton “Premium Euro-95” markalı avtomobil benzini idxal edib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 49,1% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
İdxal olunmuş “Premium Euro-95” markalı benzinin dəyəri $2 milyon 489,78 min (azalma 38,3%) təşkil edib.
İdxalın bütün həcmi Rusiyanın payına düşüb. 2022-ci ilin yanvar ayı ilə müqayisədə Rusiyadan idxal miqdar ifadəsində 24,5%, dəyər ifadəsində 43,9% artıb.
2022-ci ilin yanvar ayında Azərbaycan “Premium Euro-95” markalı benzini əsasən Rumıniyadan idxal edib.
2023-cü ilin yanvar ayında Azərbaycan “Super Euro-98” markalı benzin idxal etməyib.
Azərbaycan 2022-ci ildə $102 milyon 540,18 min dəyərində (azalma 7,7%) 99 min 490,98 ton “Premium Euro-95” markalı avtomobil benzini (azalma 32,5%) idxal edib. İdxalın 73,4%-i Rusiyanın payına düşüb.
2022-ci ildə Azərbaycana $2 milyon 52,49 min dəyərində (azalma 14,3%) 1 min 670,95 ton (azalma 37,8%) “Super Euro-98” avtomobil benzini idxal edilib.
“Premium Euro-95” və “Super Euro-98” markalı benzin növlərinin Azərbaycana idxalına 2014-cü il aprelin 1-dən başlanılıb.
Hazırda daxili bazarda “Premium Euro-95” markalı benzinin 1 litri 2 manat, “Super Euro-98” markalı benzinin 1 litri isə 2,3 manat təşkil edir.*
N.Abbasova