Energetika naziri Pərviz Şahbazov martın 30-da Macarıstana səfər edəcək. Bu barədə Energetika Nazirliyinin məlumatında deyilir.
“Şahbazov martın 30-da Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin energetika nazirlərinin 3-cü iclasında iştirak edəcək”, - deyə məlumatda bildirilir.
Tədbir çərçivəsində energetika nazirinin çıxışı və ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.*
N.Abbasova