2022-ci ildə “Günay Sığorta” şirkətinin zərəri 1 milyon 227,585 min manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
“Günay Sığorta” 2021-ci ili 1 milyon 125 min manat məbləğində zərərlə başa vurmuşdu. Beləliklə, 2022-ci ildə şirkətin zərəri 9,1% artıb.
Sığorta şirkətinin 2022-ci il üzrə maliyyə hesabatına əsasən, onun gəlirləri 8 milyon 693,75 min manat, sığorta haqları 7 milyon 936,498 min manat (azalma 18,8%), investisiya gəlirləri 177,26 min manat təşkil edib. Hesabat dövründə qalan gəlirlər digər maddələr üzrə əldə edilib.
Ötən il şirkətin xərcləri 9 milyon 921,335 min manat, sığorta ödənişlərinin həcmi 3 milyon 819,168 min manat (azalma 6,6%), sığorta işinin aparılması xərcləri 5 milyon 73,161 min manat, təkrarsığortaya verilmiş risklər 179,556 min manat təşkil edib, qalan xərclər digər maddələrin payına düşüb.
2022-ci ildə “Günay Sığorta” şirkətinin aktivləri 0,2% azalaraq 16 milyon 322,635 min manat, öhdəlikləri 5,4% azalaraq 7 milyon 77,708 min manat, kapitalı 4,2% artaraq 9 milyon 244,927 min manat, nizamnamə kapitalı isə 23,2% artaraq 10,1 milyon manat olub.
Hesabat ilində sığorta şirkətinin banklarda yerləşdirilmiş depozitlərinin həcmi 9,6% - 5,2 milyon manata qədər azalıb.
“Günay Sığorta” şirkəti 1992-ci ildə yaradılıb. Şirkətin səhmdarları 3 hüquqi və 2 fiziki şəxsdir.*
X.Nəsirzadə