ABŞ dövlət katibinin beynəlxalq təşkilatlar üzrə köməkçisi Mişel Siso Azərbaycana səfərə gəlib. Bu barədə ABŞ-ın Bakıdakı səfirliyindən məlumat verilib.
“ABŞ-ın Bakıdakı səfirliyi Azərbaycanda səfərdə olan və ABŞ-ın kollektiv qlobal çağırışların həllində çoxtərəfli əməkdaşlığa sadiqliyini müzakirə etmək məqsədilə dövlət rəsmiləri ilə görüşlər planlaşdıran ABŞ dövlət katibinin beynəlxalq təşkilatlar üzrə köməkçisi Mişel Sisonu salamlamaqdan məmnundur”, - deyə məlumatda bildirilir.
Azərbaycanda olarkən dövlət katibinin köməkçisi cari və potensial çoxtərəfli əməkdaşlığın sahələrini nəzərdən keçirəcək. Bura “Dayanıqlı İnkişaf Məqsədlərinə” nail olmaq konteksti və iqlim dəyişikliyi, ərzaq təhlükəsizliyi və qlobal səhiyyə təhlükəsizliyi daxil olmaqla, transmilli problemlərin həlli kimi məsələlər də daxildir.
“Dövlət katibinin köməkçisi Sison, həmçinin Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru vəzifəsinə ABŞ tərəfindən namizədliyi irəli sürülən Emi Pope üçün təbliğat aparacaq”, - deyə məlumatda qeyd olunur.*
R.Kərimov