Azərbaycanda koronavirus infeksiyasına 97 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 829 min 591-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 74 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib. Ölənlərin ümumi sayı 10 min 178 nəfər təşkil edir.
Virusa yoluxmuş 819 min 117 nəfər (sutka ərzində +2) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 296 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1432 (ötən gün 1721 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 556 min 844 test aparılıb.*
N.Abbasova