2023-2026-cı illərdə 11 yeni Regional DOST Mərkəzinin, həmçinin 55 DOST filialının və SMART DOST məntəqələrinin yaradılması planlaşdırılır. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Hazırda Azərbaycanda 6 DOST Mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlərin 5-i Bakı və Abşeron rayonunda açılıb. “Ötən ilin dekabr ayında 5 saylı Bakı DOST Mərkəzinin açılışı ilə artıq paytaxt və Abşeron rayonu DOST xidmətləri ilə tam əhatə olunub”, - deyə məlumatda bildirilir.*
B.Rüstəmbəyov