Azərbaycanın baş naziri Əli Əsədov və Rusiya Prezidenti yanında Sahibkarların hüquqlarının müdafiəsi üzrə müvəkkil Boris Titov Bakıda iki ölkə arasında biznes sahəsində əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər. Bu barədə Sahibkarların hüquqlarının müdafiəsi üzrə müvəkkilin mətbuat xidmətindən məlumat verilib.
“Boris Titov və Əli Əsədov iki ölkə arasında biznes sahəsində əməkdaşlığın gələcək inkişaf perspektivlərini müzakirə edib, işgüzar dairələr arasında qarşılıqlı əlaqələrin genişləndirirlməsinin vacibliyini vurğulayıblar”, - deyə məlumatda bildirilir.
Görüş iştirakçıları Azərbaycan-Rusiya işgüzar münasibətlərinin vəziyyətini müzakirə edib, bu əlaqələrin inkişaf etdiyini bildiriblər. Titov Azərbaycanda mövcud olan investisiya mühitini müsbət qiymətləndirib.
“İndiki mürəkkəb şəraitdə biz xarici investorların hüquqlarının qorunmasına daha diqqətlə yanaşmalıyıq. Azərbaycan tərəfi əvvəlki kimi Rusiya iqtisadiyyatına investisiyalara böyük maraq göstərir, Rusiya biznesi də bu ölkədə geniş təmsil olunur. Ümid edirəm ki, gələcəkdə bu tendensiya zəifləməyəcək, əksinə, güclənəcək”, - deyə Titov vurğulayıb.*
R.Kərimov