Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İsrailin baş naziri Binyamin Netanyahu bu gün Bakı ilə Təl-Əviv arasında əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər. Bu barədə İsrail baş nazirinin ofisindən məlumat verilib.
Tərəflər İsraillə Azərbaycan arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.
Məlumatda qeyd olunur ki, görüşdə B.Netanyahu bu gün İsraildə Azərbaycan səfirliyinin açılması münasibətilə C.Bayramovu təbrik edib.
Bayramov və Netanyahu, həmçinin ümumi təhlükəsizlik çağırışlarını nəzərdən keçiriblər.*
R.Kərimov