Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar SOCAR şirkəti dəniz obyektlərində və digər müəssisələrində təhlükəsizlik tədbirlərini gücləndirib.
Martın 30-u səhərdən aprelin 1-i axşam saatlarınadək hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar SOCAR-ın dəniz obyektlərində və digər müəssisələrində təhlükəsizlik tədbirləri gücləndirilib. Bundan başqa, İstehsalat sahələrində mövcud hava şəraitində təhlükə yarada biləcək işlər mümkün qədər məhdudlaşdırılıb”, - SOCAR-ın məlumatında deyilir.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, martın 30-u səhərdən aprelin 1-i axşamadək şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-30 m/s, martın 30-da axşam, martin 31-də gecə və səhər yarımadanın bəzi yerlərində arabir 35 m/s-dək güclənəcəyi gözlənilir.
Martın 30-u axşamdan aprelin 1-i gündüzədək fasilələrlə yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var.Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10° aşağı enəcək. **
N.Abbasova