Azərbaycan prezidenti İlham Əliyev cümə axşamı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yeni yeni inzibati binasının açılışında iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
İqtisadiyyat naziri Mikayıl Cabbarov bina barədə dövlət başçısına məlumat verdi.
Heydər Əliyev prospektdə ucaldılan binanın hündürlüyü 125 metr olan bina 33 mərtəbədən ibarətdir. Binada müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şəraitə malik və müasir multimedia vasitələri ilə təchiz olunmuş konfrans və iclas zalları, həmçinin müxtəlif təyinatlı iclas otaqları, yeməkxanalar var.
Binanın daha bir diqqətçəkən cəhəti isə yuxarıdan baxanda kürsü mərtəbəsinin Azərbaycanın xəritəsi formasında inşa edilməsi və şərq tərəfdən “Xəzər dənizi” dekorativ hovuzu ilə əhatə olunmasıdır.
İşçi mərtəbələri 254 otaqdan ibarət olan binada 537 əməkdaşın fəaliyyəti üçün hər cür şərait yaradılıb. **
B.Rüstəmbəyov