“Azərbaycan İnvestisiya Şirkəti” ASC və Macarıstanın “Hell Energy” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilir.
“Hell Energy” şirkəti Azərbaycanda alüminium içki qutularının istehsalı və doldurulması üzrə layihəni həyata keçirəcək.
Sənədə əsasən, Azərbaycanda alüminium içki qutularının istehsalı və doldurulması layihəsi həyata keçiriləcək.
Ələt Azad İqtisadi Zonasında inşası nəzərdə tutulan zavodda ilkin olaraq illik 300-400 milyon ədəd alüminium içki qutularının istehsalı və doldurulması nəzərdə tutulub.
“Hell Energy” enerji içkilərinin istehsalı ilə məşğuldur. **
B.Rüstəmbəyov