Azərbaycanda fəaliyyət göstərən bankların xarici öhdəlikləri 2023-cü il fevralın 28-nə 2 milyard 87,8 milyon manat təşkil edir ki, bu da 2022-ci ilin sonuna olan göstəricidən 3% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Həmçinin, fevralda bankların xarici öhdəlikləri 272,8 milyon manat artıb.
AMB-nin məlumatına görə, fevralın sonuna Azərbaycan banklarının xalis xarici aktivləri 6 milyard 364,6 milyon manat təşkil edir ki, bu da 2022-ci ilin sonuna olan göstəricidən 1% azdır.
Fevralda bankların xalis xarici aktivləri 505,8 milyon manat azalıb.
2022-ci ildə bankların xarici öhdəlikləri 65,7%, xalis xarici aktivləri 10,7% artıb.
Azərbaycan banklarının xarici öhdəlikləri qeyri-rezidentlərdən cəlb edilən kredit və depozitlərdən, qeyri-rezidentlərdə yerləşdirilən qiymətli kağızlardan formalaşır.
2023-cü il fevral ayının sonuna Azərbaycanda 25 bank fəaliyyət üçün lisenziyaya malik olub.**
R.Əhmədov