Azərbaycanda koronavirus infeksiyasına 69 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 829 min 660-a çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 97 yoluxma faktı qeydə alınmışdı, Beləliklə, gündəlik yoluxma təxminən 28,9% azalıb.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib. Ölənlərin ümumi sayı 10 min 182 nəfər təşkil edir.
Virusa yoluxmuş 819 min 134 nəfər (sutka ərzində +17) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 344 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 957 (ötən gün 1 432 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 557 min 801 test aparılıb.**
R.Kərimov