Azərbaycanın Beynəlxalq Zeytun Şurasına (International Olive Council, IOC) üzvlük prosesi müzakirə olunur.
İqtisadiyyat Nazirliyinin məlumatına əsasən, bu məsələ iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev ilə Beynəlxalq Zeytun Şurasının (IOC) icraçı direktoru Əbdüllətif Xedira arasında görüş zamanı müzakirə olunub.
Müzakirələr Madrid şəhərində keçirilib.
“Görüşdə zeytun istehsalında və tədarükündə müşahidə olunan əsas trendlər haqqında fikir mübadiləsi aparılıb, Azərbaycanın Beynəlxalq Zeytun Şurasına üzvlük prosesi müzakirə olunub. Tərəflər gələcəkdə bu təşkilat çərçivəsində təcrübə mübadiləsi və əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşüblər”, - məlumatda vurğulanır.
IOC - zeytun və ya yağlardan alınan zeytun yağı kimi məhsullar istehsal edən dövlətlərin dövlətlərarası təşkilatıdır. Baş qərargahı Madrid şəhərində (İspaniya) yerləşir. **
B.Rüstəmbəyov