2023-cü ilin yanvar ayında Türkiyədə mayeləşdirilmiş təbii qazın (LNG) alışında yeni rekord qeydə alınıb.Avropada isti hava səbəbindən yanacaq qiymətlərinin kəskin ucuzlaşması və region bazarının həddən artıq dolması buna yardım edib.
Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (EPDK) məlumatında deyilir ki, cari il yanvar ayında LNG idxalı 2,831 milyard kubmetrədək artıb.
Yanvar ayında qaz kəmərləri ilə Rusiyadan (“Qazprom”dan) Türkiyəyə 2,144 milyard kubmetr qaz, Azərbaycandan – 882 milyon kubmetr qaz nəql olunub. **