EL AL aviaşirkətinin Tokio-Tel-Əviv reysini yerinə yetirən təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş edib.
“EL AL aviaşirkətinin Tokio-Tel-Əviv reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib. Buna səbəb təyyarədə olan sərnişinin səhhətinin qəflətən pisləşməsi olub”, - “İnterfaks-Azərbaycan”a hava limanından məlumat verilib.
"Boeing 787-9" təyyarəsi yerli vaxtı ilə saat 21:51-də Bakı hava limanında uğurla eniş edib.
“Enişdən dərhal sonra sərnişin təcili tibbi yardım briqadasına təhvil verilib və paytaxt klinikalarından birinə çatdırılıb”, - aeroportdan bildiriblər. **
R.Əhmədov