Avropa İttifaqı (Aİ) ölkələri 2023-cü ilin yanvar ayında Azərbaycandan 1 milyard 74 milyon 364,067 min avro dəyərində 1 milyon 721 min 242,546 ton neft idxal edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Avrostatdan məlumat verilib.
2022-ci ilin yanvar ayında Azərbaycan Avropa İttifaqı ölkələrinə 802 milyon 98,578 min avro dəyərində 1 milyon 429 min 897,050 ton neft ixrac edib. Beləliklə, 2023-cü ilin yanvar ayında ixracın həcmi 20,4%, gəlir 33,9% artıb.
2023-cü ilin yanvar ayında Azərbaycandan neft idxal edən Aİ ölkələrinin TOP-3-nə İtaliya (555 milyon 421,060 min avro dəyərində (artım 25,9%) 889 min 398,206 ton (artım 14,8%)), İspaniya (153 milyon 940,844 min avro dəyərində (artım 2 dəfə) 246 min 463,024 ton (artım 1,9 dəfə)) və Çexiya (125 milyon 106,121 min avro dəyərində (artım 34,4%) 203 min 547 ton (artım 18,4%)) daxil olub.
Bundan başqa, hesabat dövründə Portuqaliya Azərbaycandan 77 milyon 36,056 min avro dəyərində (azalma 38,1%) 126 min 28,656 ton (azalma 41,8%), İrlandiya 55 milyon 557,615 min avro dəyərində 86 min 628,640 ton (2022-ci ilin yanvar ayında idxal həyata keçirilməyib), Fransa 54 milyon 95,174 min avro dəyərində 82 min 695 ton (2022-ci ilin yanvar ayında idxal həyata keçirilməyib), Almaniya 42 milyon 712,819 min avro dəyərində (azalma 39,1%) 69 min 573 ton (azalma 1,9 dəfə), Avstriya 10 milyon 494,356 min avro dəyərində 16 min 909 ton neft (2022-ci ilin yanvar ayında idxal həyata keçirilməyib) idxal edib.
Xəbər verildiyi kimi, Avrostatın məlumatına görə, Aİ ölkələri 2022-ci ildə Azərbaycandan 15 milyard 164 milyon 952,199 min avro dəyərində (artım 67,3%) 19 milyon 844 min 774,024 ton neft (2021-ci illə müqayisədə azalma 0,65%) idxal edib.*
R.Kərimov