Cənubi Qafqazda vəziyyət gərgin olaraq qalır. Bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi İmanqali Tasmaqambetov deyib.
“Ermənistan və Azərbaycan arasında illərlə davam edən ziddiyyətlər səbəbindən Qafqaz regionunda gərginlik qalmaqdadır”, - deyə o, bu gün KTMT Katibliyi və Birləşmiş Qərargahının rəhbər heyətinin müşavirəsində bildirib.
Baş katibin sözlərinə görə, Qarabağ ətrafında və Ermənistan-Azərbaycan sərhədində vəziyyətlə əlaqədar risklər səbəbindən sabitlik ciddi şəkildə pozula bilər.*