“Red Bull Racing” komandasının rəhbəri Kristian Horner Azərbaycan Qran Prisində sprint yarışının keçirilməsinə qarşı çıxıb və bunu çoxsaylı qəza riski ilə əlaqələndirib.
“İlin ilk sprint yarışının Azərbaycanda keçirilməsi tamamilə gülməlidir”, - deyə o, Britaniyanın “Autosport” nəşrinə müsahibəsində bildirib.
K.Horner qeyd edib ki, Bakıda keçiriləcək sprint yarışı ilin ən həyəcanlı sprint yarışlarından biri olacaq.
“Büdcə limitini nəzərə alsaq, edə biləcəyiniz tək şey bolidinizi zibil yeşiyinə atmaqdır, bu isə baha başa gəlir. Bakıda bir yarış bəs edirdi, indi isə bizi iki yarış gözləyir və yarışların hansısa hadisələrlə müşayiət olunması ehtimalı böyükdür. Buna görə də Azərbaycanda keçiriləcək sprint yarışlarından ehtiyat etmək lazımdır”, - deyə o əlavə edib.
Azərbaycan Qran Prisi 28-30 aprel tarixlərində keçiriləcək.*
R.Əhmədov