2023-cü ilin yanvar-fevral aylarında Azərbaycanın 20 iri dövlət və özəl şirkəti tərəfindən qeyri-neft məhsullarının ümumi ixrac həcmi $458,352 milyon təşkil edib. “İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
2023-cü ilin yanvar-fevral aylarında dövlət şirkətləri arasında “Azərenerji” ASC ($227,2 milyon), özəl şirkətlər arasında isə “MKT İstehsalat Kommersiya” MMC ($18,4 milyon) qeyri-neft məhsullarının ən iri ixracatçısı olub.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısında aşağıdakı şirkətlər də təmsil olunur: SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi ($60,2 milyon), “SOCAR Polymer” MMC ($51,4 milyon), “Azəralüminium” MMC ($20,7 milyon), “AzerGold” QSC ($6,1 milyon), “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC ($3,8 milyon), “Azərbaycan Hava Yolları” QSC ($1,5 milyon), “ASK Tütün” MMC ($446,2 min), “Şəki Şərab” MMC ($356,3 min), “Azəripək” MMC ($349,2 min).
Qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı şirkətlərin siyahısına isə “Azerbaijan International Mining Company” ($11,9 milyon), “STP Global Cable” MMC ($9,9 milyon), “P-Agro” MMC ($7,6 milyon), “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC ($7,4 milyon), fiziki şəxs Şirinov Elvin Valeh oğlu ($6,8 milyon), “Baku Steel Company” MMC ($6,6 milyon), “Almeyvə” MMC ($6,2 milyon), “Mors Trading” MMC ($5,8 milyon) və “Rose Servis” MMC ($5,7 milyon) daxildir.
Azərbaycan 2023-cü ilin yanvar-fevral aylarında $651,4 milyon məbləğində qeyri-neft məhsulları (2022-ci ilin müvafiq dövrü ilə müqayisədə artım 36,6%) ixrac edib.*
N.Abbasova