Dağıstanın (Rusiya) turizm imkanları 4-6 aprel 2023-cü il tarixlərində Bakıda keçiriləcək Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisində (“AITF 2023”) təqdim olunacaq.
“Sərgi çərçivəsində Dağıstanın stendi fəaliyyət göstərəcək, respublikanın Turizm Nazirliyi və turoperatorlar regionun turizm imkanlarını təqdim edəcəklər”, - deyə “İnterfaks-Azərbaycan” agentliyi Dağıstanın Turizm və Xalq Bədii Sənətkarlıq Nazirliyinə istinadən xəbər verir.
Tədbirdə respublikanın turizm və xalq bədii sənətkarlıq naziri Emin Merdanovun başçılıq etdiyi nümayəndə heyəti iştirak edəcək.
“Həmçinin Azərbaycanın biznes icması və tədbirin tərəfdaşları ilə görüşlər planlaşdırılır”, - deyə məlumatda bildirilir.*
R.Kərimov