Aprelin 3-də Energetika Nazirliyi və AZPROMO-nun təşkilatçılığı ilə Bakıda Azərbaycan-ABŞ Yaşıl Enerji Forumu keçiriləcək. Bu barədə Energetika Nazirliyindən məlumat verilib.
Forumda iki ölkə arasında bərpa olunan enerji üzrə əməkdaşlıq imkanları nəzərdən keçiriləcək, yaşıl enerji layihələrinə dair uzunmüddətli planlar, “yaşıl hidrogen” layihələri, elektrik enerjisi istehsalındakı mövcud vəziyyət və “təmiz enerji” texnologiyalarının tətbiqinə dair müzakirələr aparılacaq.
Tədbir çərçivəsində, həmçinin Azərbaycan və ABŞ şirkətlərinin iştirakı ilə biznes görüşlərin keçirilməsi nəzərdə tutulur.*
N.Abbasova