Azərbaycanda koronavirus infeksiyasına 64 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 829 min 724-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 69 yoluxma faktı qeydə alınmışdı.
Son sutka ərzində COVID-19-dan ölüm halı qeydə alınmayıb (ötən gün 4 nəfər vəfat edib). Ölənlərin ümumi sayı 10 min 182 nəfər təşkil edir.
Virusa yoluxmuş 819 min 156 nəfər (sutka ərzində +22) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 386 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 792 (ötən gün 957 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 558 min 593 test aparılıb.*
X.Nəsirzadə