Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçuları arasında atışma olub, ölən və yaralanan var. Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
“Martın 31-də saat 22:50 radələrində Ermənistan Respublikasının cənub-şərq sərhəd zonasında son dərəcə pis görüntü şəraitində Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçuları arasında atışma olub”, - deyə məlumatda bildirilir.
Hadisədən sonra hərbi qulluqçu Qraçya Saruxanyanın cəsədi aşkarlanıb, daha bir hərbi qulluqçu isə yaralanıb.
İnsidentin səbəbləri araşdırılır.*
Xəbərlər şöbəsi