Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı protokolu təsdiq edib.
Qərarın mətni “Rеsmi Gazete”də dərc olunub.
Türkiyə parlamenti Finlandiyanın NATO-ya daxil olması ilə bağlı protokolun ratifikasiyası haqqında qanun layihəsini təsdiqləyib. Səsvermə cümə axşamı parlamentin Baş Assambleyasının iclasında keçirilib.
Beləliklə, Finlandiya alyansa daxil olmaq üçün hüquqi əsas əldə edib.*
V.Əliyev