Ermənistanın Sünik rayonunun Tex-Kornidzor sahəsində sərhədləri dəqiqləşdirmək məqsədilə Ermənistan və Azərbaycan nümayəndələri arasında görüş keçirilib. Bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) bu gün məlumat yayıb.
“Tex-Kornidzor sahəsində Ermənistan və Azərbaycan nümayəndələrinin iştirakı ilə görüş keçirilib. Sərhədlərin dəqiqləşdirilməsi istiqamətində aparılan işlər nəticəsində sahədə vəziyyət xeyli yaxşılaşıb. Hazırda işlər davam etdirilir”, - deyə məlumatda bildirilir.*