Azərbaycanda koronavirus infeksiyasına 58 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 829 min 857-yə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 75 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.
Ölənlərin ümumi sayı 10 min 185 nəfər təşkil edir.
Virusa yoluxmuş 819 min 219 nəfər (sutka ərzində +47) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 453 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 931 (ötən gün 792 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 560 min 679 test aparılıb.**
V.Əliyev