İdarəçilik üzrə ən böyük qlobalkonsaltinqşirkətlərindən olan "Boston Consulting Group”unicraçı direktoru və tərəfdaşı Vladimir Roqov, məsləhətçisi Yevgeni Kokurin, işə qəbul üzrə rəhbəri Polina Rasskazova və baş mütəxəssisi Nərgiz Adıgözəlovadan ibarətnümayəndə heyətiSOCAR-ın Bakı AliNeft Məktəbindəolub.
Rektor Elmar Qasımov nümayəndə heyətiilə görüşərək konsaltinqüzrə dünyanın 3 ən böyük şirkətlərdən birinin nümayəndələriniAli Məktəbdə görməkdən məmnunluğunu ifadə edib. Rektoronlara Bakı Ali Neft Məktəbinin yaranması,buradakı tədris prosesi,Prezident təqaüdçülərinin sayına görə ölkə birincisi olması, məzun və tələbələrin yüksək göstəriciləri barədə məlumat verib.Görüşdə perspektiv əməkdaşlıq imkanları müzakirə olunub.
Sonra şirkətin nümayəndələrinin tələbələrlə görüşü keçirilib. Onlartələbələrə“Boston Consulting Group”un yaranma tarixi, qlobal nümayəndəlikləri, fəaliyyət istiqamətləri,xidmət göstərdikləri sektorlar barədə məlumat veriblər.Şirkət nümayəndələri həmçininiş prinsipləri, işə qəbul prosedurları və təqdim etdikləri təcrübə proqramları, tələbələrin bu proqramlara müraciət qaydalarından bəhs ediblər.
Qonaqlar həmçinin Ali Məktəbin kampusu, buradakı laboratoriyalar ilə tanış olub və yaradılan şəraiti yüksək qiymətləndiriblər.