2023-cü ilin yanvar-mart aylarının yekunları üzrə Azərbaycanın qeyri-neft ixracının həcmi $912,2 milyon təşkil edib, bu da 2022-ci ilin analoji dövrünün göstəricisindən 23,2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə (AZPROMO) istinadən məlumat verir.
Agentliyin məlumatına görə, martda qeyri-neft ixracının həcmi $26,96 milyon (2022-ci ilin mart ayının göstəricisindən -1%) təşkil edib.
Xəbbər verildiyi kimi, 2022-ci ildə Azərbaycandan qeyri-neft ixracının həcmi rekord $3 milyard 47,67 milyon təşkil edib, bu da 2021-ci ilin gööstəricisindən 12,3% çoxdur.
İqtisadiyyat Nazirliyinin qiymətləndirmələrinə görə, 2027-ci ilə qədər qeyri-neft ixracının həcmi $5 milyardadək artacaq. **
B.Rüstəmbəyov