Azərbaycan prezidenti İlham Əliyev bazar ertəsi Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktarı qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Əliyev Türkiyənin müdafiə sənayesinin son illərdə çox böyük nailiyyətlər əldə etdiyini deyərək, bu xüsusda “Baykar” şirkətinin fəaliyyətinin aparıcı rol oynadığını vurğuladı.
“Prezident həmçinin bu şirkətin istehsal etdiyi məhsulların 2020-ci ilin Vətən müharibəsi dövründə erməni işğalçılarının hərbi texnikasının məhv edilməsində oynadığı rolu bir daha qeyd etdi”, - məlumatda vurğulanır. **
B.Rüsyəmbəyov