Azərbaycan Mərkəzi Bankı (AMB) aprelin 4-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Aprelin 4-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 1.8519 manat/1EUR səviyyəsində (aprelin 3-nə 1.8347 manat/1EUR) müəyyən edilib.
AMB aprelin 4-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0.0217 manat/1RUB səviyyəsində (aprelin 3-nə 0.0219 manat/1RUB) müəyyən edib.
Aprelin 4-nə manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsi 0.0885 manat/1TRY səviyyəsində (aprelin 3-nə 0.0886 manat/1TRY) müəyyən edilib.*
B.Rüstəmbəyov