Çərşənbə axşamına keçən gecə Xəzər dənizində 3,2 maqnitudalı zəlzələ olub. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Yeraltı təkanlar Bakı vaxtı ilə saat 04:48-də qeydə alınıb.
Seysmoloqların operativ məlumatlarına əsasən, zəlzələ episentrinin koordinatları 39.33 N, 51.67 E, dərinlik 62 km olub.*
R.Kərimov