Bu ilin 22-23 iyun tarixlərində Bakıda “Kənd təsərrüfatının proqnozlaşdırılması: inkişaf etməkdə olan ölkələr üçün çağırışlar” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.
Nazirliyin tabeliyində olan Aqrar Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək konfrans hibrid (canlı və onlayn) formada təşkil olunacaq.
Tədbirdə kənd təsərrüfatı sahəsində artımın proqnozlaşdırılması, dayanıqlı inkişafa təsir edən amillərin qiymətləndirilməsi, iqtisadiyyatın digər sahələri ilə qarşılıqlı təsirlərin qiymətləndirilməsi, investisiya qoyuluşlarının təsirlərinin proqnoz qiymətləndirilməsi, qlobal dəyər zəncirinə inteqrasiyanın təsirlərinin qiymətləndirilməsi, innovasiyaların tətbiqinin effektivliyinin qiymətləndirilməsi və iqlim dəyişikliklərinin təsirinin qiymətləndirilməsi mövzuları müzakirə olunacaq.*
B.Rüstəmbəyov