Prezident İlham Əliyev aprelin 5-də Tacikistana birgünlük dövlət səfəri edəcək. Bu barədə “Asia-Plus” nəşrinə Tacikistan Prezidentinin mətbuat xidmətindən məlumat verilib.
“Azərbaycan Prezidenti İlham Əliyev aprelin 5-də səhər Düşənbəyə birgünlük dövlət səfərinə gələcək”, - deyə nəşr yazır.
Məlumatda bildirilir ki, səfər çərçivəsində Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmonla görüşəcək. Görüş zamanı müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunacaq.
“Danışıqların yekunları üzrə əməkdaşlığa dair bir sıra sənədlərin imzalanması planlaşdırılır”, - deyə nəşr vurğulayır.*
R.Kərimov