“Atəşgah” sığorta şirkəti 2022-ci ili 2021-ci ildəki 328 min 108,3 manat məbləğində xalis mənfəətə qarşı 517,988 min manat məbləğində zərərlə başa vurub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
Şirkətin maliyyə hesabatına əsasən, 2022-ci il ərzində onun gəlirləri 29 milyon 663 min 841,21 manat, o cümlədən sığorta haqları 28 milyon 851,749 min manat (artım 15,2%), investisiya gəlirləri 845,86 min manat təşkil edib. Xalis sığorta ehtiyatları üzrə mənfi göstəricinin 3 milyon 186,705 manat olması gəlirlərin azalmasına səbəb olub. Hesabat dövründə qalan gəlirlər digər maddələr üzrə əldə edilib.
Ötən il şirkətin xərcləri 30 milyon 181 min 829,19 manat, sığorta ödənişlərinin həcmi 15 milyon 908,385 min manat (artım 50,8%), qaytarılan sığorta haqları 1 milyon 36,247 min manat, sığorta işinin aparılması xərcləri 10 milyon 470,318 min manat, təkrarsığortaya verilmiş risklər 2 milyon 424,229 min manat təşkil edib. Qalan xərclər digər maddələrin payına düşüb.
2022-ci ildə “Atəşgah” sığorta şirkətinin aktivləri 17,4% - 46 milyon 564 min 931,7 manata qədər, öhdəlikləri 27,5% - 30 milyon 28 min 63,02 manata qədər, kapitalı isə 2,7% - 16 milyon 536 min 868,68 manata qədər artıb.
Hesabat ilində şirkətin banklarda yerləşdirilmiş depozitlərinin həcmi 4,7% - 8,905 milyon manata qədər artıb.
“Atəşgah” sığorta şirkəti 1996-cı ildə yaradılıb və yığılan sığorta haqlarının və həyata keçirilən ödənişlərin həcminə görə aparıcı şirkətlərin beşliyinə daxildir. Şirkətin səhmdarları bir neçə hüquqi şəxs, nizamnamə kapitalı 5 milyon 8,5 min manatdır.*
X.Nəsirzadə