Azərbaycanda koronavirus infeksiyasına 85 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 829 min 955-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 13 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib. Ölənlərin ümumi sayı 10 min 189 nəfər təşkil edir.
Virusa yoluxmuş 819 min 310 nəfər (sutka ərzində +69) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 456 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1353 (ötən gün 667 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 562 min 699 test aparılıb.*
X.Nəsirzadə