2023-cü il martın 31-nə Azərbaycanda pul bazasının həcmi 17 milyard 688,9 milyon manat təşkil edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
2022-ci ilin sonuna pul bazasının həcmi 17 milyard 460,3 milyon manat təşkil edib. “İnterfaks-Azərbaycan” agentliyinin hesablamalarına görə, beləliklə, 2023-cü ilin yanvar-mart aylarında pul bazası 1,3% artıb.
Martda Azərbaycanda pul bazası 440,2 milyon manat və ya 2,6% artıb.
2022-ci ildə Azərbaycanda pul bazası 2,7% azalıb.*
X.Nəsirzadə