Prezident İlham Əliyev İnam Kərimovun Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamın mətni bu gün dövlət başçısının saytında dərc olunub.
Prezidentin digər sərəncamı ilə İnam Kərimov Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri təyin edilib.
İnam Kərimov 1977-ci il iyunun 6-da Bakı şəhərində anadan olub. 2012-2018-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri olub, 2018-ci il aprelin 21-də kənd təsərrüfatı naziri vəzifəsinə təyin edilib.*
N.Abbasova