2023-cü ilin yanvar-mart aylarında Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə birja əqdlərinin ümumi dövriyyəsi 3 milyard 292 milyon 562,942 min manat təşkil edib ki, bu da 2022-ci ilin analoji dövrünün göstəricisindən 35,5% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə BFB-dən məlumat verilib.
1 milyard 44 milyon 898,744 min manat (azalma 2,6 dəfə) dövlət qiymətli kağızları ilə əqdlərin payına düşüb. Maliyyə Nazirliyi tərəfindən buraxılan istiqrazların həcmi 575 milyon 670,079 min manat (artım 14,9%) olub. İlkin bazarda 428 milyon 754,763 min manatlıq, təkrar bazarda 146 milyon 915,316 min manatlıq istiqraz yerləşdirilib.
Hesabat dövründə AMB-nin qısamüddətli notlarının yerləşdirilmə həcmi 469 milyon 228,665 min manat (azalma 4,8 dəfə) təşkil edib. İlkin bazarda 352 milyon 577,528 min manatlıq, təkrar bazarda 116 milyon 651,137 min manatlıq not yerləşdirilib.
Yanvar-martda BFB-nin ümumi dövriyyəsində 290 milyon 782,404 min manat (artım 29,6%) korporativ bazarın, o cümlədən 174 milyon 190 min manat ilkin bazarın (artım 33,8%), 116 milyon 592,404 min manat (artım 23,7%) təkrar bazarın payına düşüb.
İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarının yerləşdirilmə həcmi 79 milyon 14,16 min manat, sair korporativ istiqrazların yerləşdirilmə həcmi 210 milyon 759,783 min manat, səhmlərin yerləşdirilmə həcmi 1 milyon 8,461 milyon manat təşkil edib.
Birinci rübdə BFB-nin ümumi dövriyyəsində 1 milyard 956 milyon 881,794 min manat (azalma 8,5%) repo əməliyyatlarının payına düşüb.
BFB-nin məlumatına görə, fevralın sonuna birjanın kapitallaşması 4 milyard 93 milyon 156,227 min manat təşkil edib ki, bu da 2023-cü ilin əvvəlinə olan göstəricidən 2,4% azdır.
Xəbər verildiyi kimi, 2022-ci ildə BFB-nin dövriyyəsi 14 milyard 947 milyon 984,521 min mnaat təşkil edib, bu da 2021-ci ilin göstəricisindən 2,3% azdır. 2021-ci ildə dövriyyə 18,6% - rekord 15,3 milyard manata çatıb. **
X.Nəsirzadə