Çərşənbə günü Düşənbədə Azərbaycan prezidenti İlham Əliyevin Tacikistan prezidenti Emoməli Rəhmon ilə təkbətək görüşü olub. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Görüş zamanı Rəhmon qeyd edib ki, Tacikistan Azərbaycanla münasibətlərin daha da möhkəmlənməsinə böyük əhəmiyyət verir.
“Xalqlarımız arasında qarşılıqlı münasibətlərin qədim tarixi və xoş ənənələri var. Sevindirici haldır ki, bu gün bizim dövlətlərarası münasibətlər bir çox istiqamətlər üzrə inkişaf edir. Biz bu münasibətlərin bütün formatlarda daha da möhkəmlənməsinə böyük əhəmiyyət veririk”, - Rəhmov vurğulayıb və Əliyevlə “ölkələrimizin qarşılıqlı əlaqələrinin vəziyyətini və perspektivlərini, habelə beynəlxalq və regional məsələləri müzakirə etməyə” hazır olduğunu bildirib.
Öz növbəsində, Əliyevbəyan edib ki, Azərbaycanla Tacikistan arasında münasibətlərin “yaxşı tarixi və əminəm ki, çox yaxşı gələcəyi var”.
“Biz həm beynəlxalq məkanlarda, beynəlxalq strukturlar çərçivəsində və əlbəttə, ikitərəfli formatda çox istiqamətlər üzrə əməkdaşlıq edirik”, - o qeyd edib.
Azərbaycan prezidentinin rəyinə görə, “əməkdaşlığın, o cümlədən ticari-iqtisadi, sənaye kooperasiyası, nəqliyyat sahələrində dərinləşməsi üçün çox yaxşı perspektivlər var”.
“Əlbəttə, biz bunu ətraflı müzakirə edəcəyik. Nümayəndə heyətlərinin üzvləri də öz aralarında fəal diskussiyalar aparacaqlar. Əminəm ki, səfərin nəticələri uğurlu olacaq. Biz birgə fəaliyyətimizin sonrakı proqramını müəyyən edəcəyik”, - Əliyev vurğulayıb.
Çərşənbə günü Azərbaycan prezidenti İlham Əliyev Tacikistan Respublikasına dövlət səfərinə gəlib. **
R.Kərimov