Azərabaycan və Tacikistan prezidentləri İlham Əliyev və Emoməli Rəhmon çərşənbə günü Düşənbədə danışıqlar zamanı ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
“İnterfaks-Azərbaycan” Tacikistan liderinin saytına istinadən məlumat verir ki, danışıqlar zamanı Əliyev və Rəhmon iki ölkənin dövlətlərarası münasibətlərinin bütün spektrini müzakirə ediblər, beynəlxalq və regional gündəliyin aktual məsələlərinə dair ətraflı fikir mübadiləsi aparıblar.
"Dostluq, qarşılıqlı anlayış, qarşılıqlı hörmət və etimadın möhkəm təməlinə əsaslanan Tacikistan-Azərbaycan münasibətlərinin dərinləşməsi və genişlənməsi istiqamətində görüləcək işlər üçün konkret istiqamətlər müəyyənləşdirilib. Danışıqlar zamanı Rəhmon iki ölkənin siyasi, ticarət-iqtisadi və mədəni-humanitar sahələrdə, habelə təhlükəsizlik sahəsində əməkdaşlığın davamlı inkişaf dinamikasını qeyd edib", - məlumatda bildirilir.
İki ölkənin liderləri investisiyalar, sənaye kooperasiyası, ASK, nəqliyyat və YEK kimi sahələrdə qarşılıqlı əlaqələrin gələcəkdə inkişafına dair zəruri tədbirlərin görülməsinə dair razılığa gəliblər.
“O cümlədən, Rəhmon Tacikistanın, yerli neft-qaz yataqlarının işlənməsində Azərbaycan şirkətlərinin iştirakında maraqlı olduğunu təsdiləyib”, - məlumatda deyilir.
Əliyev və Rəhmon həmçinin yüngül, kimya və dağ-mədən sənayesində, tikinti materiallarının istehsalı, alüminium, pambıq lifinin, qiymətli və yarı qiymətli daşların və metalların emalı sahələrində birgə layihələrin həyata keçirilməsi üçün böyük imkanların olduğunu qeyd ediblər.
Bundan əlavə, Düşənbə Azərbaycanın tranzit imkanlarının daha fəal istifadəsində və Tacikistanın dövlət və kommersiya strukturlarının yük daşımalarının həcmlərinin artırılmasında maraqlıdır.
Eyni zamanda, iki ölkənin liderləri beynəlxalq terrorçuluğa, ekstremizmə, narkotiklərin və silahların qanunsuz dövriyyəsinə, kibertəhlükəsizlyə və transmilli mütəşəkkil cinayətkarlığın digər fomalarına qarşı mübarizədə əməkdaşlığın möhkəmlənməsinin tərəfdarı olduqlarını bildiriblər. **
X.Nəsirzadə