Çərşənbə günü Bakı-Salyan yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb. Bu barədə “İnterfaka-Azərbaycan” yerli KİV-ə istinadən məlumat verir.
Məlumata əsasən, magistral yolun 29-cu kilometrliyində “KamAZ” markalı yük avtomobili xarab olaraq yolun kənarında dayanmış “Hyundai Accent” markalı minik avtomobilə çırpılıb.
“Hadisə nəticəsində minik avtomobilində olan üç nəfər qadın sərnişin həlak olub. Sürücü, bir qadın və bir azyaşlı uşaq isə xəsarət alıb", - KİV məlumat verir.
Faktla bağlı araşdırma aparılır. **
X.Nəsirzadə