Azərbaycanda koronavirus infeksiyasına 101 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 830 min 56-ya çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 85 yoluxma faktı qeydə alınmışdı. Beləliklə, gündəlik yoluxma hallarının sayı 18,8% artlıb.
Son sutka ərzində COVID-19-dan 4 nəfər vəfat edib (ötən gün – 4 nəfər). Ölənlərin ümumi sayı 10 min 193 nəfər təşkil edir.
Virusa yoluxmuş 819 min 403 nəfər (sutka ərzində +93) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 460 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 min 732 (ötən gün 1 min 353 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 564 min 431 test aparılıb.**
R.Kərimov