RF XİN başçısı Sergey Lavrovun 6-7 aprel tarixlərində Türkiyəyə səfəri zamanı aktual regional və beynəlxalq məsələlərin geniş dairəsi müzakirə olunacaq. Bu barədə çərşənbə günü RF XİN-in saytında məlumat verilib.
Məlumatda qeyd olunur ki, Türkiyə XİN başçısı Mövlut Çavuşoğlu ilə görüş əsnasında Ukrayna, Cənubi Qafqaz, Yaxın Şərq və Şimali Afrika, Mərkəzi Asiya, Qara dəniz regionunda vəziyyətlə bağlı “saatlar tutuşdurulmalıdır”.
Bundan başqa, Cənubi Qafqazda əməkdaşlığın dərinləşdirilməsi, o cümlədən Ermənistan ilə Türkiyə arasında münasibətlərin bərpası, nəqliyyat əlaqələrinin və kommunikasiyaların açılması, bölgənin postmünaqişə bərpası məsələlərinin ətraflı işlənməsi planlaşdırılır. **